AVRO-2020: Macarıstan Azərbaycan yığmasına qalib gəlib - FOTO - YENİLƏNİB-6

AVRO-2020: Macarıstan Azərbaycan yığmasına qalib gəlib - FOTO - YENİLƏNİB-6 Futbol üzrə Azərbaycan milli komandası AVRO-2020-nin seçmə mərhələsində növbəti oyununu keçirib.
Futbol
559
8 İyun , 2019 21:52
AVRO-2020: Macarıstan Azərbaycan yığmasına qalib gəlib - FOTO  - YENİLƏNİB-6
Foto: Report"\Firi Səlim

Futbol üzrə Azərbaycan milli komandası AVRO-2020-nin seçmə mərhələsində növbəti oyununu keçirib.

"Report" xəbər verir ki, Nikola Yurçeviçin rəhbərlik etdiyi kollektiv Macarıstan kollektivi ilə üz-üzə gəlib.

"Bakcell Arena"da təşkil olunmuş qarşılaşma qonaq komandanın 3:1 hesablı qələbəsi ilə başa çatıb. Görüşdə hesab 18-ci dəqiqədə açılıb. Villi Orban komandasını önə keçirib. Birinci hissə bu hesabla yekunlaşıb. Azərbaycan millisi ikinci yarıya istəkli başlasa da, görüşdəki ikici qolu da macarlar vurub. Villi Orban özünün və komandasının ikinci qoluna imza atıb. Bu qoldan sonra Mahir Emreli 69-cu dəqiqədə fərqlənməklə komandanı ümidləndirib. Lakin 2 dəqiqə sonra David Holman qonaqların 3-cü qolunu vurub.

Seçmə mərhələdə 3 oyun keçirən Macarıstan bu nəticədən sonra 6-cı xalını qazanıb. Azərbaycan isə hər iki qarşılaşmadan məğlub ayrılıb.

E qrupunun digər oyununda Xorvatiya Uelsi 2:1 hesabı ilə üstələyib. Bu nəticələrdən sonra Xorvatiya və Macarıstan 6 xalla birinci ikinci yerləri bölüşdürür. Uels və Slovakiyanın isə hərəyə 3 xalı var. Azərbaycan isə sıfır xalla sonuncudur.

Qeyd edək ki, Azərbaycan millisi iyunun 11-də Bakıda Slovakiyanı, Macarıstan isə Uelsi qəbul edəcək.


***21:32

AVRO-2020 seçmə mərhələsində Macarıstan 3-cü qolu Azərbaycan yığmasının qapısından keçirib. 

"Report" xəbər verir ki, David Holman matçın 71-ci dəqiqəsində Macarıstan komandasının 3-cü qolunu vurub. Azərbaycan-Macarıstan - 1:3



***21:28

Azərbaycan yığması AVRO-2020 seçmə mərhələsində Macarıstan komandası ilə oyunda hesab arasındakı fərqi azaldıb. 

"Report" xəbər verir ki, Mahir Emreli qarşılaşmanın 69-cu dəqiqəsində Azərbaycan komandasının ilk qolunu vurub: Azərbaycan - Macarıstan - 1: 2    


***21:12

Macarıstan yığması AVRO-2020 seçmə mərhələsində Azərbaycan milli komandası ilə oyunda hesabda növbəti dəfə önə çıxıb. 

"Report" xəbər verir ki, Villi Orban qarşılaşmanın 53-cü dəqiqəsində özünün və komandasının ikinci qolunu vurub.


***20:48

AVRO-2020 seçmə mərhələsində keçirilən Azərbaycan - Macarıstan matçının birinci hissəsi rəqibin minimal hesablı üstünlüyü ilə başa çatıb.  

"Report" xəbər verir ki, rəqib matçın 18-ci dəqiqəsində hesabı açıb: Azərbaycan - Macarıstan: 0:1


***20:19

Azərbaycan - Macarıstan oyununda hesab açılıb. 

"Report" xəbər verir ki, rəqib matçın 18-ci dəqiqəsində hesabı açıb. Macarıstan yığmasının heyətində Villi Orban fərqlənib. 


***20:01

AVRO-2020 seçmə mərhələsində keçirilən Azərbaycan - Macarıstan matçı bir dəqiqəlik sükutla başlayıb.

"Report" xəbər verir ki, qarşılaşmadan öncə UEFA-nın sabiq prezidenti Lennart Yuhanssonun xatirəsi yad olunub.

Qeyd edək ki, Lennart Yuhansson 82 yaşında dünyasını dəyişib. İsveçli funksioner Avropa futbol qurumuna 1990-2007-ci illərdə rəhbərlik edib. Yuhansson bu vəzifədə ən uzun müddət qalan şəxs olub. O, 26 yanvar 2007-ci ildə keçirilmiş seçkidə fransalı Mişel Platiniyə uduzub. Yuhansson 2005-ci ilədək İsveçin AİK klubunun prezidenti olub. UEFA Gənclər Liqasının kubokuna onun adı verilib.

"Bakcell Arena"da start verilən qarşılaşmada komandalar ilk dəqiqələrdən meydana aşağıdakı "11-lik"lə çıxıblar.

Azərbaycan: 1. Səlahət Ağayev, 23. Rahil Məmmədov, 5. Maksim Medvedev (k), 18. Anton Krivotsyuk, 6. Bədavi Hüseynov, 2. Qara Qarayev, 20. Riçard Almeyda, 13. Dmitri Nazarov, 11. Ramil Şeydayev, 10. Mahir Emreli, 17. Renat Dadaşov.

Macarıstan: 1. Peter Qulacsi, 2. Botond Barat, 3. Mihai Korhut, 6. Villi Orban, 7. Balaş Cucak (k), 8. Adam Naqi, 9. Adam Salai, 10. Dominik Soboslai. 14. Qerqö Lovrençiç, 15, Laslo Klyaynhaysler, 18. Dominik Naqi. 

Foto: Firi Səlim

Son xəbərlər

Orphus sistemi