Macarıstan klubunun 18 yaşlı futbolçusu məşq zamanı ölüb

Macarıstan klubunun 18 yaşlı futbolçusu məşq zamanı ölüb Macarıstanın "Andraşid" klubunun futbolçusu Viktor Marsel məşq zamanı ölüb.
Futbol
23 İyun , 2021 08:44
Macarıstan klubunun 18 yaşlı futbolçusu məşq zamanı ölüb

Macarıstanın "Andraşid" klubunun futbolçusu Viktor Marsel məşq zamanı ölüb.

"Report" xəbər verir ki, klub prezidenti Zoltan Soos gənc futbolçunun məşq zamanı qazona yıxılaraq huşunu itirdiyini bildirib.

"Komanda yoldaşları və məşqçi dərhal gənc oyunçuya yardıma atıldılar, onu sabit vəziyyətə gətirməyə çalışdılar. Onlar təcili yardım xidmətinin rəhbərliyi altında ürəyin və defibrilyatorun masajından istifadə edərək, reanimasiyaya başladılar", - deyə klub rəsmisi əlavə edib.

Stadiona gələn təcili tibbi yardım reanimasiya hərəkətlərini davam etdirib, ancaq oyunçunu xilas etmək mümkün olmayıb.

"Viktor Marsel Heqedyusun simasında biz istedadlı oyunçunu, komanda yoldaşımızı və dostumuzu itirdik. Onun yoxluğunu qəbul etmək yalnız ailəsi üçün yox, "Andraşid"in bütün üzvləri üçün çətin olacaq. Doğmalarına başsağlığımızı ifadə edirik!” - Soos vurğulayıb.

Son xəbərlər

Orphus sistemi