Macarıstan - Azərbaycan oyununun baş hakimi Dennis Higler səhvini etiraf edib - FOTO

Macarıstan - Azərbaycan oyununun baş hakimi Dennis Higler səhvini etiraf edib - FOTO Macarıstan və Azərbaycan yığmaları arasındakı AVRO-2020-nin seçmə qrup matçının baş hakimi Dennis Higler səhvini etiraf edib.
Futbol
13 Oktyabr , 2019 23:23
Macarıstan - Azərbaycan oyununun baş hakimi Dennis Higler səhvini etiraf edib - FOTO

Macarıstan və Azərbaycan yığmaları arasındakı AVRO-2020-nin seçmə qrup matçının baş hakimi Dennis Higler səhvini etiraf edib. 

"Report"un Budapeştə ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, hollandiyalı referi Azərbaycan millisinin təmiz qolunu saymadığı üçün üzr istəyib. 

O, qarşılaşmanın ardından mübahisəli epizodun videosuna baxdıqdan sonra baş məşqçi Nikola Yurçeviçə yaxınlaşıb. Higler Bəhlul Mustafazadənin qolunu saymamaqla səhvə yol verdiyini boynuna alıb və üzrxahlığını çatdırıb. Qeyd edək ki, görüş Macarıstanın qələbəsi ilə yekunlaşıb - 1:0.

Son xəbərlər

Orphus sistemi