Lyubinko Druloviç: "Azərbaycan və Lüksemburqla görüşlərdə 12 xal qazanmalıyıq"

Lyubinko Druloviç: "Azərbaycan və Lüksemburqla görüşlərdə 12 xal qazanmalıyıq" "Hər şey bizdən asılıdır. Mən realist olmaq istəyirəm. Avropa çempionu Portuqaliya qrupun mütləq favoritidir".
Futbol
8 Dekabr , 2020 17:14
Lyubinko Druloviç: Azərbaycan və Lüksemburqla görüşlərdə 12 xal qazanmalıyıq
Lyubinko Druloviç

"Hər şey bizdən asılıdır. Mən realist olmaq istəyirəm. Avropa çempionu Portuqaliya qrupun mütləq favoritidir".

"Report" xəbər verir ki, bu fikirləri Serbiya millisinin sabiq baş məşqçisi Lyubinko Druloviç "Mozzart Sport" nəşrinə açıqlamasında DÇ-2022-nin seçmə mərhələsinin püşkünü dəyərləndirərkən deyib.

52 yaşlı mütəxəssis bildirib ki, Portuqaliya Serbiyanın əsas rəqib olduğunun fərqindədir: "Püşkdən sonra açıqlamaları izlədim. Baş məşqçi Fernandu Santuş mundiala vəsiqə üçün Serbiyanı məğlub etməli olduqlarını söylədi".

Druloviç qrupun nisbətən zəif komandaları hesab edilən Lüksemburq və Azərbaycan yığmaları ilə görüşlərdə maksimum nəticəyə ümid etdiklərini vurğulayıb: "Bu komandalarla görüşlərdə 12 xal qazanmalıyıq. Lakin yığmamız tez-tez belə kollektivlərlə oyunlarda necə büdrədiyini xatırlamalıdır. Bu dəfə eyni hal baş verməməlidir".

Qeyd edək ki, Serbiya yığması Lüksemburq, Portuqaliya, İrlandiya və Azərbaycan millisi ilə birlikdə A qrupunda qərarlaşıb.

Son xəbərlər

Orphus sistemi