Lüksemburq yığmasının qapıçısı: "Azərbaycanla oyundakı qələbə xüsusi idi"

Lüksemburq yığmasının qapıçısı: "Azərbaycanla oyundakı qələbə xüsusi idi" "Vacib qələbə qazandıq. Rəqib azlıqda qaldıqdan sonra matça nəzarət tamamilə əlimizə keçdi. Ancaq bu üstünlüyü tez zamanda qolla nəticələndirə bilmədik".
Futbol
408
13 Noyabr , 2021 11:16
Lüksemburq yığmasının qapıçısı: Azərbaycanla oyundakı qələbə xüsusi idi

"Vacib qələbə qazandıq. Rəqib azlıqda qaldıqdan sonra matça nəzarət tamamilə əlimizə keçdi. Ancaq bu üstünlüyü tez zamanda qolla nəticələndirə bilmədik".

"Report"un məlumatına görə, bu fikirləri Lüksemburq yığmasının qapıçısı Ralf Şon Bakıda Azərbaycan millisinə 3:1 hesabı ilə qalib gəldikləri 2022-ci il dünya çempionatının seçmə oyunu barədə "Lessentiel" nəşrinə açıqlamasında deyib.

31 yaşlı qolkiper səfər qələbəsinin həmişə xüsusi olduğu bildirib: "İrlandiya ilə sonuncu görüşdə yaxşı nəticə əldə edərək, qrupu üçüncü pillədə başa vurmaq istəyirik".

Qeyd edək ki, hazırda 9 xala malik Lüksemburq yığması A qrupunda 3-cü pillədə qərarlaşıb. Azərbaycan millisi isə seçmə mərhələni 1 xalla sonuncu - 5-ci sırada başa vurub.

Son xəbərlər

Orphus sistemi