Lüksemburq yığmasının millimizlə oyun üçün heyəti açıqlandı

Lüksemburq yığmasının millimizlə oyun üçün heyəti açıqlandı Lüksemburq yığmasının Avstriya ilə yoldaşlıq, Azərbaycan və Kiprlə isə UEFA Millətlər Liqasının oyunları üçün heyəti açıqlanıb.
Futbol
466
5 Noyabr , 2020 14:11
Lüksemburq yığmasının millimizlə oyun üçün heyəti açıqlandı

Lüksemburq yığmasının Avstriya ilə yoldaşlıq, Azərbaycan və Kiprlə isə UEFA Millətlər Liqasının oyunları üçün heyəti açıqlanıb.

"Report" xəbər verir ki, baş məşqçi Lük Holts siyahıya 23 oyunçu cəlb edib.

Qapıçılar: Tim Kips ("Düdelanj), Antoni Moris ("Yunion", Belçika), Ralf Şon ("Vilts")

Müdafiəçilər: Dirk Karlson ("Karlsrue", Almaniya), Lars Gerson ("Norrçöpinq", İsveç), Loran Yans ("Standart", Belçika), Seid Koraç ("Nürnberq", Almaniya) Enes Mahmutoviç ("Lvov", Ukrayna), Marvin Martins ("Kasa Pia", Portuqaliya) Mika Pinto ("Sparta", Rotterdam, Niderland) Vahid Selimoviç (OFİ, Yunanıstan)

Yarımmüdafiəçilər: Leandro Barreyro ("Maynts", Almaniya), Florian Bonert ("Maynts", Almaniya), Mathias Olesen ("Köln", Almaniya), Timote Rupil ("Maynts", Almaniya), Danel Sinani ("Vasland-Beveren", Belçika), Aldin Skenderoviç ("Proqress"), Sebastien Thill ("Tambov" Rusiya), Vensan Till ("Nasional", Portuqaliya)

Hücumçular: Stefano Bensi ("Fola"), Moris Devill ("Saarbrüken", Almaniya ), Edvin Muratoviç ("Düdelanj"), Jerson Rodrigeş ("Dinamo" Kiyev, Ukrayna)

Qeyd edək ki, noyabrın 17-də keçiriləcək Lüksemburq - Azərbaycan matçı Bakı vaxtı ilə 23:45-də başlayacaq.

Azərbaycan yığması noyabrın 11-də Lyublyanada Sloveniya ilə yoldaşlıq görüşü keçirəcək. Komanda noyabrın 14-də Xorvatiyada Monteneqro ilə qarşılaşacaq. Canni De Byazinin baş məşqçi olduğu yığma Millətlər Liqasındakı son matçını məhz Lüksemburqa qarşı keçirəcək.

Son xəbərlər

Orphus sistemi