Lüksemburq millisi Azərbaycanla oyunda rekorda imza ata bilər

Lüksemburq millisi Azərbaycanla oyunda rekorda imza ata bilər Lüksemburq yığması Azərbaycan millisinə qarşı keçirəcəyi 2022-ci il dünya çempionatının seçmə oyununda rekorda imza ata bilər
Futbol
201
11 Noyabr , 2021 10:29
Lüksemburq millisi Azərbaycanla oyunda rekorda imza ata bilər

Lüksemburq yığması Azərbaycan millisinə qarşı keçirəcəyi 2022-ci il dünya çempionatının seçmə oyununda rekorda imza ata bilər.

"Report"un məlumatına görə, Lük Holtsun baş məşqçi olduğu komanda qələbə sayəsində xallarının sayını 8-ə çatdıracaq. Bununla da "cırtdanlar" dünya çempionatlarının seçmə mərhələlərində xal rekordunu yeniləyəcək.

Lüksemburq DÇ-2014 və DÇ-2018-in seçmə oyunlarını 6 xalla başa vurub. Hər iki tsikldə indikinə nisbətən daha çox qol vurulub. Komanda 2014-cü il mundialından əvvəl seçmə oyunlarda 7, növbətisində isə 8 dəfə fərqlənib. Lüksemburq millisi DÇ-2022-nin seçmə mərhələsində rəqib qapılarından 5 top keçirə bilib. Qol rekordunu yeniləmək üçün bu komandaya Azərbaycanla səfər və noyabrın 14-də İrlandiya ilə ev oyunlarında üst-üstə 3 qol vurmaq yetərlidir.

Qeyd edək ki, bu gün Bakı Olimpiya Stadionunda keçiriləcək Azərbaycan - Lüksemburq qarşılaşması saat 21:00-da başlayacaq.

Son xəbərlər

Orphus sistemi