Lukaku "Çelsi"yə keçsə, 15 milyon avro əmək haqqı alacaq

Lukaku "Çelsi"yə keçsə, 15 milyon avro əmək haqqı alacaq İtaliya "İnter"inin futbolçusu Romelu Lukaku İngiltərənin "Çelsi" klubuna keçməyə yaxındır.
Futbol
4 Avqust , 2021 23:19
Lukaku Çelsiyə keçsə, 15 milyon avro əmək haqqı alacaq
Romelu Lukaku

İtaliya "İnter"inin futbolçusu Romelu Lukaku İngiltərənin "Çelsi" klubuna keçməyə yaxındır.

"Report"un məlumatına görə, bu barədə jurnalist Nikolo Skira şəxsi tvitterində yazıb. O qeyd edib ki, belçikalı hücumçu "zadəganlar"la illik 15 milyon avro məbləğində müqaviləni razılaşdırıb.

Lukaku keçmiş klubu ilə 2026-cı ilədək nəzərdə tutulan sözləşməyə imza atacaq. "İnter" isə londonlulardan 130 milyon avroluq rəsmi təklif gözləyir.

"Çelsi" daha əvvəl "neradzurri"yə 100 milyon avro və müdafiəçi Markos Alonsonu təklif edib. Lakin qarşı tərəf buna rədd cavabı verib.

Qeyd edək ki, Romelu Lukaku "Çelsi"yə 2011 - 2014-cü illərdə məxsus olub. O, "İnter"də 2019-cu ildən forma geyinir. Ötən mövsüm 28 yaşlı forvard A Seriyasında 36 oyuna 6-sı penaltidən olmaqla 24 qol vurub və 11 məhsuldar ötürmə verib.

Son xəbərlər

Orphus sistemi