Luka Modriç karyerasını başa vurmaq istədiyi klubun adını açıqlayıb

Luka Modriç karyerasını başa vurmaq istədiyi klubun adını açıqlayıb Bakı. 4 dekabr. REPORT.AZ/ Xorvatiya milli komandasının və İspaniyanın Real Madrid klubunun futbolçusu Luka Modriç karyerasını başa vurmaq istədiyi klubun adını açıqlayıb.
Futbol
4 Dekabr , 2018 19:14
Luka Modriç karyerasını başa vurmaq istədiyi klubun adını açıqlayıb

Bakı. 4 dekabr. REPORT.AZ/ Xorvatiya milli komandasının və İspaniyanın "Real Madrid" klubunun futbolçusu Luka Modriç karyerasını başa vurmaq istədiyi klubun adını açıqlayıb.

"Report" "Marca"ya istinadən xəbər verir ki, 33 yaşlı yarımmüdafiəçi oyunçu karyerasını hazırkı klubunda sonlandırmaq istədiyini bildirib: "Mənim klubumla iki illik müqaviləm var. Ümid edirəm ki, daha bir mövsüm bu komandada qalacağam. Karyeramı burada bitirmək istərdim. Ailəm də Madriddə xoşbəxtdir. Bu böyük klub üçün oynamaqdan zövq almaq istəyirəm".

Qeyd edək ki, Luka Modriç "France Football" nəşrinin təsis etdiyi "Qızıl top" mükafatının builki qalibidir. O, 2012-ci ildən Madrid təmsilçisində çıxış edir. Modriç 2018-ci ildə dünya çempionatının gümüş mükafatçısı və Çempionlar Liqasının qalibi olub. O daha əvvəl FIFA tərəfindən "The Best" və UEFA tərəfindən mövsümün futbolçusu mükafatlarına layiq görülüb.

Son xəbərlər

Orphus sistemi