Lük Holts: "Azərbaycan və Lüksemburq yığmaları bu qrupun favoriti deyillər"

Lük Holts: "Azərbaycan və Lüksemburq yığmaları bu qrupun favoriti deyillər" "Bu, bizim üçün uğurdur. Düşünürəm ki, Azərbaycan və Lüksemburq bu qrupun favoriti deyillər. Seçmə mərhələdən öndə 4-cü yer uğrunda mübarizə aparacağımızı düşünürdük. Hazırda 3-cüyük və bu pilləni qorumaq istrəyirik".
Futbol
207
10 Noyabr , 2021 17:06
Lük Holts: Azərbaycan və Lüksemburq yığmaları bu qrupun favoriti deyillər
Lük Holts

"Qrupda 6 xalımızın olması bizim üçün uğurdur. Düşünürəm ki, Azərbaycan və Lüksemburq bu qrupun favoriti deyil. Seçmə mərhələdən öncə 4-cü yer uğrunda mübarizə aparacağımızı düşünürdük. Hazırda 3-cüyük və bu pilləni qorumaq istrəyirik".

"Report"un məlumatına görə, bunu Lüksemburq yığmasının baş məşqçisi Lük Holts Bakıda Azərbaycan millisinə qarşı keçirəcəkləri 2022-ci il dünya çempionatının seçmə oyunundan öncə mətbuat konfransında deyib.

52 yaşlı mütəxəssis bildirib ki, sabahkı oyundan UEFA Millətlər Liqasına hazırlıq kimi istifadə edəcəklər: "Bu baxımdan, start heyətimizdə dəyişikliklər olacaq".

Holts Azərbaycan yığması ilə UEFA Millətlər Liqasındakı oyunlarını müqayisə etməyin çətin olduğunu söyləyib: "Həmin görüşlərdən xeyli vaxt keçib. Daha çox sabahkı oyuna köklənirəm. 2 ay öncə Azərbaycan millisinə qalib gəlmişdik. Komandada stres və motivasiya baxımından problem yoxdur".

Onun sözlərinə görə, Azərbaycan millisinin heyətində kifayət qədər güclü futbolçular var: "İnanıram ki, həmin oyunçuların qapımıza yol tapmalarının qarşısını ala biləcəyik".

Qeyd edək ki, noyabrın 11-də Bakı Olimpiya Stadionunda oynanılacaq Azərbaycan - Lüksemburq matçı saat 21:00-da başlayacaq.

Son xəbərlər

Orphus sistemi