Lük Holts: "Lüksemburq Azərbaycan millisindən daha güclüdür"

Lük Holts: "Lüksemburq Azərbaycan millisindən daha güclüdür" "Qrupda 9 xal toplamaq tariximizin ən böyük uğurudur. Çətin qrupa düşmüşdük".
Futbol
189
15 Noyabr , 2021 14:48
Lük Holts: Lüksemburq Azərbaycan millisindən daha güclüdür
Lük Holts

"Qrupda 9 xal toplamaq tariximizin ən böyük uğurudur. Çətin qrupa düşmüşdük".

"Report"un məlumatına görə, bu fikirləri Lüksemburq yığmasının baş məşqçisi Lük Holts "Tageblatt" nəşrinə açıqlamasında 2022-ci il dünya çempionatının seçmə mərhələsi barədə danışarkən deyib.

52 yaşlı mütəxəssis Azərbaycan millisinə Bakıda 3:1 hesabı ilə qalib gəldikləri matçı xatırlayıb: "Bu qələbə düzgün yolda olduğumuzu göstərdi. Rəqib fiziki cəhətdən üstün idi. Ancaq oyun baxımından biz daha güclüyük. Onların 1, bizim isə 9 xal toplamağımız hər şeyi deyir".

Qeyd edək ki, İrlandiya ilə birlikdə 9 xala malik Lüksemburq yığması A qrupunda 3-4-cü yerləri bölüşdürüb. Azərbaycan millisi isə seçmə mərhələni 1 xalla sonuncu - 5-ci yerdə başa vurub.

Son xəbərlər

Orphus sistemi