​"Lujniki" stadionu DÇ-2018-ə görə dəyişdiriləcək

​"Lujniki" stadionu DÇ-2018-ə görə dəyişdiriləcək Stadionda tribunaların sayı azaldılacaq
Futbol
18 Aprel , 2015 11:28
​Lujniki stadionu DÇ-2018-ə görə dəyişdiriləcək

Bakı. 18 aprel. REPORT.AZ/ Rusiyanın paytaxtı Moskvada yerləşən "Lujniki" stadionunda dəyişiklik ediləcək. "Report"un TASS-a istinadən verdiyi məlumata görə, Olimpiya kompleksində tribunaların sayı azaldılacaq.

89 min oturacağa malik "Lujniki" mundial ərzində 81 min azarkeş qəbul edəcək. Stadionda tribuna sayının azaldılması Rusiya İdman Nazirliyi və FİFA tərəfindən əldə olunmuş razılaşmaya əsasən həyata keçiriləcək.

Tərəflər 2018-ci ildə Rusiyada keçiriləcək Dünya çempionatı ilə əlaqədar bu cür addım atıb.

Son xəbərlər

Orphus sistemi