Luis Suares Messinin yeni komandasına keçə bilər

Luis Suares Messinin yeni komandasına keçə bilər Braziliyanın “Qremio” klubunun hücumçusu Luis Suares “İnter Mayami”yə keçməyə hazırlaşır.
Futbol
8 İyun , 2023 06:46
Luis Suares Messinin yeni komandasına keçə bilər

Braziliyanın “Qremio” klubunun hücumçusu Luis Suares “İnter Mayami”yə keçməyə hazırlaşır.

“Report”un məlumatına görə, bu barədə “90 min” xəbər verib.

Belə bir məlumat Lionel Messinin Amerika komandasına keçidi ilə bağlı xəbərlərdən sonra ortaya çıxıb. Xatırladaq ki, Messi və Suares əvvəllər “Barselona”da birlikdə çıxış ediblər.

Suaresin Braziliya komandası ilə müqaviləsi 2024-cü ilə qədərdir. Bundan əvvəl o, “Atletiko Madrid” və “Liverpul”da da oynayıb. Qeyd olunub ki, Suaresin hazırkı müqaviləsində onun klubla əməkdaşlığa vaxtından əvvəl xitam verə biləcəyi yazılıb.

Son xəbərlər

Orphus sistemi