Luis Suares İbrahimoviç və Ronaldunun uğurunu təkrarlayıb

Luis Suares İbrahimoviç və Ronaldunun uğurunu təkrarlayıb İspaniyanın "Atletiko" (Madrid) klubunun futbolçusu Luis Suares yeni uğura imza atıb.
Futbol
23 Sentyabr , 2021 11:13
Luis Suares İbrahimoviç və Ronaldunun uğurunu təkrarlayıb
Luis Suares

İspaniyanın "Atletiko" (Madrid) klubunun futbolçusu Luis Suares yeni uğura imza atıb.

"Report"un məlumatına görə, 34 yaşlı hücumçu buna La Liqanın VI turunda "Xetafe"yə qarşı səfər oyununda dubl edərək nail olub.

Uruqvaylı forvard 78 və 90+1-ci dəqiqələrdə fərqlənməklə komandasına 2:1 hesablı qələbə qazandırıb. Suares karyerası ərzində matçın hər dəqiqəsində qol vuran oyunçular siyahısına düşüb. Onun aktivində 1-dən 90+7-ci dəqiqəyədək qollar var.

Qeyd edək ki, daha əvvəl Kriştianu Ronaldu və Zlatan İbrahimoviç eyni uğura sahib çıxıb. Luis Suares indiyədək karyerasında 661 oyuna çıxıb və 427 qol vurub.

Son xəbərlər

Orphus sistemi