Luis Suares Devid Bekhemin klubuna keçmək istəyir

Luis Suares Devid Bekhemin klubuna keçmək istəyir ABŞ-ın “İnter Mayami” klubu İspaniya təmsilçisi “Barselona”nın futbolçusu Luis Suaresi transfer etmək istəyir.
Futbol
22 Avqust , 2019 11:32
Luis Suares Devid Bekhemin klubuna keçmək istəyir

ABŞ-ın “İnter Mayami” klubu İspaniya təmsilçisi “Barselona”nın futbolçusu Luis Suaresi transfer etmək istəyir.

“Report” “El Mundo Deportivo”ya istinadən xəbər verir ki, 32 yaşlı hücumçu da karyerasını Devid Bekhemin sahibi olduğu klubda başa vurmaqda maraqlıdır. Uruqvaylı forvardın 2020-ci ilin yayında ABŞ-a köçmək istədiyi bildirilir.

“İnter Mayami”nin “Barselona” ilə 2021-ci ilin yayına qədər müqaviləsi olan Suaresə 4 illik sözləşmə təklif etdiyi vurğulanır.

Qeyd edək ki, Suares 2014-cü ilin iyulunda İngiltərənin “Liverpul” klubundan “Barselona”ya keçib. O, daha öncə vətənində “Nasyonal Montevideo”, eləcə də Hollandiyanın “Qroningen” və “Ayaks” klublarının formasını geyinib.

Son xəbərlər

Orphus sistemi