Lüis Hemilton: "Bakıdakı yarış Monakodakı kimi olmayacaq"

Lüis Hemilton: "Bakıdakı yarış Monakodakı kimi olmayacaq" "Bakıda müxtəlif tələbləri olan fərqli tras var"
Futbol
175
3 İyun , 2021 17:48
Lüis Hemilton: Bakıdakı yarış Monakodakı kimi olmayacaq
Lüis Hemilton

"Bakıda müxtəlif tələbləri olan fərqli tras var".

"Report"un məlumatına görə, bu fikirləri "Formula 1" üzrə dünya çempionatında çıxış edən "Mercedes" pilotu Lüis Hemilton yarışın rəsmi saytına açıqlamasında Azərbaycan Qran-prisi barədə danışarkən deyib.

36 yaşlı sürücü həftəsonu Bakıdakı temperaturun digər yarış yerlərindən fərqlənəcəyini bildirib: "Burada qarşımıza müxtəlif çətinliklər çıxacaq. Ancaq budəfəki çıxışımız əvvəlki - Monako Qran-prisindəki kimi olmayacaq".

Qeyd edək ki, Azərbaycan Qran-prisi 4 - 6 iyunda keçiriləcək. Sonuncu Monako Qran-prisində "Red Bull" pilotu Maks Ferstappen qalib olub. Lüis Hemilton həmin yarışda 7-ci yeri tutaraq, ümumi hesabda liderliyi Ferstappenə verib.

Son xəbərlər

Orphus sistemi