Futbol üzrə Türkiyə millisinin baş məşqçisi istefaya göndərilib

Futbol üzrə Türkiyə millisinin baş məşqçisi istefaya göndərilib Bakı. 11 fevral. REPORT.AZ/ Futbol üzrə Türkiyə milli komandasının baş məşqçisi Mirça Luçesku istefaya göndərilib.
Futbol
63703
11 Fevral , 2019 16:45
Futbol üzrə Türkiyə millisinin baş məşqçisi istefaya göndərilib

Bakı. 11 fevral. REPORT.AZ/ Futbol üzrə Türkiyə milli komandasının baş məşqçisi Mirça Luçesku istefaya göndərilib.

"Report" "Habertürk"ə istinadən xəbər verir ki, Türkiyə Futbol Federasiyası (TFF) rumıniyalı mütəxəssisin müqaviləsini ləğv edib. Sözləşməyə qarşılıqlı razılaşma əsasında xitam verilib. Anlaşmaya görə, 74 yaşlı baş məşqçi TFF-dən 4 aylıq maaşını alacaq. 

Qeyd edək ki, Mirça Luçesku 2017-ci ilin yayından yığmaya rəhbərlik edib. Luçeskunu bu postda "Beşiktaş"ın baş məşqçisi Şenol Günəşin əvəzləyəcəyi gözlənilir. 

Son xəbərlər

Orphus sistemi