London klubunun azarkeşi stadionda ürək tutmasından ölüb

London klubunun azarkeşi stadionda ürək tutmasından ölüb İngiltərənin "Fulhem" klubunun azarkeşi dünyasını dəyişib.
Futbol
30 Yanvar , 2022 10:37
London klubunun azarkeşi stadionda ürək tutmasından ölüb

İngiltərənin "Fulhem" klubunun azarkeşi dünyasını dəyişib.

"Report" London təmsilçisinin rəsmi tviter hesabına istinadən xəbər verir ki, hadisə Çempionşipin XXIX turunda "Blekpul"la ev matçında baş verib.

Fanatın ürəyi dayandığı üçün qarşılaşma 41-ci dəqiqədə dayanıb. İlkin yardım göstərilməsinə baxmayaraq, tərəfdar xəstəxanada vəfat edib.

Qeyd edək ki, matç 1:1 hesabı ilə yekunlaşıb.

Son xəbərlər

Orphus sistemi