London klubu Braziliya millisinin hücumçusunu transfer edib

London klubu Braziliya millisinin hücumçusunu transfer edib İngiltərənin "Tottenhem" klubu yeni transferini gerçəkləşdirib.
Futbol
1 İyul , 2022 12:15
London klubu Braziliya millisinin hücumçusunu transfer edib
Rişalison

İngiltərənin "Tottenhem" klubu yeni transferini gerçəkləşdirib.

"Report" xəbər verir ki, London təmsilçisi son olaraq "Everton"da çıxış edən braziliyalı Rişalisonun keçidini açıqlayıb.

"Tottenhem" 25 yaşlı hücumçu üçün qarşı tərəfə təxminən 70 milyon avro ödəyəcək.

Qeyd edək ki, Braziliya millisinin üzvü ötən mövsüm "Everton"da 33 oyuna çıxıb, 11 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.

Son xəbərlər

Orphus sistemi