Bakı. 20 yanvar. REPORT.AZ/ İngiltərə Premyer Liqasında XXIII tur "Arsenal" - "Çelsi" matçı ilə əlamətdar olub.
"Report"un məlumatına görə, "Emirates" stadionunda keçirilmiş London derbisi meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 2:0.
Qollar ilk yarıda vurulub. 14-cü dəqiqədə Aleksandr Lyakazett, 39-cu dəqiqədə Loran Koselnı fərqlənib.
Bu qələbə sayəsində xallarını 44-ə çatdıran "Arsenal" 5-ci pillədə qalsa da, 4-cü yerdə gedən "Çelsi" ilə xal fərqini 3-ə endirib.



















