"Lokomotiv" - "Krasnodar" oyunu zamanı azarkeş tribunadan yerə yıxılıb

"Lokomotiv" - "Krasnodar" oyunu zamanı azarkeş tribunadan yerə yıxılıb Ona dərhal tibbi yardım göstərilib
Futbol
23 Oktyabr , 2017 21:47
Lokomotiv - Krasnodar oyunu zamanı azarkeş tribunadan yerə yıxılıb

Bakı. 23 oktyabr. REPORT.AZ/ Rusiya Premyer Liqasının 14-cu turu çərçivəsində oynanılan "Lokomotiv" - "Krasnodar" matçı zamanı bədbəxt hadisə baş verib.

“Report” "Çempionat"a istinadən xəbər verir ki, oyun gedən zaman ev sahibi olan komandanın azarkeşi yuxarı tribunadan yerə yıxılıb.

Ona dərhal tibbi yardım göstərilib. Fanat sağdır və hazırda həyatı üçün heç bir təhlükə yoxdur.

Matça gəldikdə isə birinci hissədən sonra hesab 1:0 "Lokomotiv"in xeyrinədir. Hesabı 25-ci dəqiqədə yarımmüdafiəçi Aleksey Mirançuk açıb.

Son xəbərlər

Orphus sistemi