"Lokomotiv"in daha 4 futbolçusu koronavirusa yoluxdu

"Lokomotiv"in daha 4 futbolçusu koronavirusa yoluxdu Bolqarıstanın "Lokomotiv" (Plovdiv) klubunda koronavirusa yoluxmuş futbolçuların sayı artmaqda davam edir.&
Futbol
10 İyul , 2020 15:14
Lokomotivin daha 4 futbolçusu koronavirusa yoluxdu

Bolqarıstanın "Lokomotiv" (Plovdiv) klubunda koronavirusa yoluxmuş futbolçuların sayı artmaqda davam edir. 

"Report" yerli mətbuata istinadən xəbər verir ki, bu gün daha 4 oyunçunun test nəticəsi müsbət olub.

Komandada ümumilikdə 9 futbolçu və klubun daha 3 əməkdaşında virus aşkarlanıb. 

Mütəxəssislərin fikrincə, Sofiya və Plovdivdə koronavirusa yoluxan insanların sayının artması "Lokomotiv"in MOİK-i penaltilər seriyasında məğlub etdiyi Bolqarıstan Kubokunun final matçı ilə birbaşa əlaqəlidir. Matça sosial məsafəni saxlamayan və qoruyucu maska taxmayan 12 min azarkeş qatılıb. 

Koronavirus hallarının artması səbəbindən iyulun 10-dan etibarən ölkədə bütün idman tədbirlərinin, o cümlədən futbol matçlarının tamaşaçısız keçirilməsinə qərar verilib və digər məhdudiyyətlər tətbiq olunub.

Son xəbərlər

Orphus sistemi