"Liverpul" yeni rekorda imza atıb

"Liverpul" yeni rekorda imza atıb İngiltərənin "Liverpul" klubu yeni rekorda imza atıb
Futbol
1217
2 Dekabr , 2021 09:01
Liverpul yeni rekorda imza atıb

İngiltərənin "Liverpul" klubu yeni rekorda imza atıb.

"Report"un məlumatına görə, Mersisayd təmsilçisi buna "Everton"u səfərdə 4:1 hesabı ilə məğlub etdikləri Premyer Liqanın XIV tur oyununda nail olub.

"Qırmızılar" ardıcıl 18 oyunda ən azı iki qol vuran ilk komanda adına sahib çıxıb. Əvvəlki rekord 1927-ci ildə 17 qarşılaşmada ən azı iki dəfə fərqlənməyi bacaran "Sanderlend"ə məxsus idi.

"Liverpul"un seriyası sentyabrın 12-də "Lids"i 3:0 hesabı ilə məğlub etdikləri matçla başlayıb. Yurgen Kloppun baş məşqçi olduğu kollektiv o vaxtdan rəqib qapılarından 57 top keçirib.

Son xəbərlər

Orphus sistemi