"Liverpul" "Vulverhempton"a qalib gələrək 10-cu ardıcıl qələbəsini qazanıb

"Liverpul" "Vulverhempton"a qalib gələrək 10-cu ardıcıl qələbəsini qazanıb İngiltərə Premyer Liqasının 20-ci turunun matçında Liverpul Vulverhemptonu qəbul edib.
Futbol
29 Dekabr , 2019 22:32
Liverpul Vulverhemptona qalib gələrək 10-cu ardıcıl qələbəsini qazanıb

İngiltərə Premyer Liqasının 20-ci turunun matçında "Liverpul" "Vulverhempton"u qəbul edib.

"Report" xəbər verir ki, görüş Liverpulun "Enfild" stadionunda baş tutub və meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.

"Liverpul"un yeganə qolunu hücumçu Sadio Mane vurub. O, qarşılaşmanın 42-ci dəqiqəsində yarımmüdafiəçi Adam Lallanın ötürməsini qola çevirib. 

Fasilə fitindən əvvəl "Vulverhempton"un heyətində hücumçu Pedru fərqlənib. Amma onun qolu oyundankənar vəziyyətə görə hesaba alınmayıb.

Bununla da "Liverpul"un İngiltərə Premyer Liqasındakı qalibiyyət seriyası 10 matça çatıb. Ötən mövsümü də nəzərə alsaq, komanda İngiltərə çempionatında artıq 37 ardıcıl matçdır ki, uduzmur.

Hazırda "Liverpul" 55 xalla Premyer Lliqanın yarış cədvəlinə başçılıq edir. "Vulverhempton" isə 30 xalla turnir cədvəlində yeddinci yerdə qərarlaşıb.

Son xəbərlər

Orphus sistemi