"Liverpul"un yarımmüdafiəçisi: "Messi kimi futbolçu ilə müqayisə olunduğuma görə sevinirəm"

"Liverpul"un yarımmüdafiəçisi: "Messi kimi futbolçu ilə müqayisə olunduğuma görə sevinirəm" Bakı. 19 mart. REPORT.AZ/ İngiltərənin Liverpul klubunun yarımmüdafiəçisi Məhəmməd Salah İspaniyanın Barselona klubunun ulduz futbolçusu Lionel Messi ilə müqayisə olunmasına münasibət bildirib.
Futbol
19 Mart , 2018 20:27
Liverpulun yarımmüdafiəçisi: Messi kimi futbolçu ilə müqayisə olunduğuma görə sevinirəm

Bakı. 19 mart. REPORT.AZ/ İngiltərənin "Liverpul" klubunun yarımmüdafiəçisi Məhəmməd Salah İspaniyanın "Barselona" klubunun ulduz futbolçusu Lionel Messi ilə müqayisə olunmasına münasibət bildirib.

"Report"un "Marca"ya istinadən verdiyi məlumata görə, misirli futbolçu bu müqayisənin onun üçün xoş olduğunu söyləyib. 

"Belə bir futbolçu ilə müqayisə olunduğuma görə sevinirəm. Messi uzun illərdir futbolun zirvəsindədir və hörmətə layiq futbolçudur. Mən yalnız vurduğumuz qolların sayına görə müqayisədən danışa bilərəm", - o deyib.

Qeyd edək ki, Məhəmməh Salah İngiltərə Premyer Liqasının 31-ci turunda "Uotford"la (5:0) qarşılaşmada 4 qol vurub. 

Son xəbərlər

Orphus sistemi