"Liverpul"un yarımmüdafiəçisi Lempardın rekordunu təkrarlayıb

"Liverpul"un yarımmüdafiəçisi Lempardın rekordunu təkrarlayıb İngiltərə "Liverpul"unun futbolçusu Sadio Mane "Çelsi"nin sabiq yarımmüdafiəçisi Frenk Lempardın rekordunu təkrarlayıb.
Futbol
4 May , 2022 08:54
Liverpulun yarımmüdafiəçisi Lempardın rekordunu təkrarlayıb

İngiltərə "Liverpul"unun futbolçusu Sadio Mane "Çelsi"nin sabiq yarımmüdafiəçisi Frenk Lempardın rekordunu təkrarlayıb.

"Report"un məlumatına görə, seneqallı orta sahə oyunçusu buna İspaniyada "Vilyarreal"ı 3:2 hesabı ilə məğlub etdikləri Çempionlar Liqasının yarımfinal mərhələsinin cavab matçında qol vurmaqla nail olub.

74-cü dəqiqədə fərqlənən 30 yaşlı yarımmüdafiəçi turnirin pley-off mərhələlərindəki qollarının sayını 15-ə çatdırıb.

Qeyd edək ki, Sadio Manenin qolu komandasına qələbə qazandırıb. İlk görüşdə də rəqibini üstələyən (2:0) "Liverpul" finala yüksəlib.

Son xəbərlər

Orphus sistemi