"Liverpul"un yarımmüdafiəçisi dünya çempionatında iştirak etməyəcək - RƏSMİ

"Liverpul"un yarımmüdafiəçisi dünya çempionatında iştirak etməyəcək - RƏSMİ Bakı. 26 aprel. REPORT.AZ/ İnigltərə milli komandasının və Liverpul klubunun futbolçusu Aleks Oksleyd-Çemberlen Rusiyada keçiriləcək dünya çempionatında iştirak etməyəcək.
Futbol
26 Aprel , 2018 14:46
Liverpulun yarımmüdafiəçisi dünya çempionatında iştirak etməyəcək - RƏSMİ
Julian Finney/Getty Images

Bakı. 26 aprel. REPORT.AZ/ İnigltərə milli komandasının və "Liverpul" klubunun futbolçusu Aleks Oksleyd-Çemberlen Rusiyada keçiriləcək dünya çempionatında iştirak etməyəcək.

"Report"un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, Çempionlar Liqasının yarımfinal mərhələsinin ilk matçında doğma meydanda İtaliya "Roma"sı görüşdə xəsarət alan 25 yaşlı yarımmüdafiəçinin zədəsi ciddidir. 

Tibbi müayinə nəticələrinə əsasən, futbolçunun diz bağlarının qırılmasından qaça bildiyi bəlli olub. Oksleyd-Çemberlen bərpa proqramına başlayacaq və növbəti mövsüm sıraya dönə biləcək. O, mövsümün qalan hissəsini və DÇ-2018-i buraxmalı olacaq. 

Qeyd edək ki, "Liverpul" - "Roma" matçı meydan sahiblərinin 5:2 hesablı qələbəsi ilə yekunlaşıb. 

Son xəbərlər

Orphus sistemi