“Liverpul”un oyunçusu ilə bağlı araşdırma başlanılıb

“Liverpul”un oyunçusu ilə bağlı araşdırma başlanılıb Bakı. 14 noyabr. REPORT.AZ/ İngiltərə Futbol Assosiasiyası “Liverpul” klubunun hücumçusu Daniel Starricə qarşı araşdırmaya başlayıb.
Futbol
14 Noyabr , 2018 21:20
“Liverpul”un oyunçusu ilə bağlı araşdırma başlanılıb

Bakı. 14 noyabr. REPORT.AZ/ İngiltərə Futbol Assosiasiyası “Liverpul” klubunun hücumçusu Daniel Starricə qarşı araşdırmaya başlayıb.

“Report” xarici KİV-ə istinadən xəbər verir ki, buna səbəb oyunçunun ötən ilin yanvar ayında “Vest Bromviç” klubuna keçməsi ilə bağlı başqa bir şəxsin vasitəsilə 5 min funt mərc qoymaq istəməsidir.

Lakin bukmeker əmsalın 66/1 olduğunu əsas gətirərək 30 funtdan artıq məbləği qəbul etməyəcəyini deyib. Tezliklə əmsal 5/2-dək azalıb, Starric də “Vest Bromviç”ə keçib.

Assosiasiya ittihama cavab hazırlamaq üçün 20 noyabr tarixinədək oyunçuya möhlət verib. 

Son xəbərlər

Orphus sistemi