"Liverpul"un koronavirusa yoluxmuş əfsanəsi xəstəxanadan çıxdı

"Liverpul"un koronavirusa yoluxmuş əfsanəsi xəstəxanadan çıxdı İngiltərə Liverpulunun sabiq futbolçusu və baş məşqçisi Kenni Dalqliş xəstəxanadan buraxılıb.
Futbol
12 Aprel , 2020 11:07
Liverpulun koronavirusa yoluxmuş əfsanəsi xəstəxanadan çıxdı

İngiltərə "Liverpul"unun sabiq futbolçusu və baş məşqçisi Kenni Dalqliş xəstəxanadan buraxılıb.

"Report" xəbər verir ki, 69 yaşlı mütəxəssisin koronavirusdan müalicəsi uğurla tamamlanıb. Dalqliş buna görə həkimlərə və tibb bacılarına təşəkkürünü bildirib.

Qeyd edək ki, Kenni Dalqlişin koronavirusa yoluxduğu aprelin 10-da müəyyənləşib. O, futbolçu kimi yalnız Şotlandiya "Seltik"i və İngiltərə "Liverpul"unda forma geyinib. 1985 - 1991 və 2011 - 2012-ci illərdə "Liverpul"un baş məqçisi olmuş Dalqliş "qırmızılar"a 3 çempionluq, 2 ölkə kuboku, 4 Superkubok, habelə Liqa Kuboku qazandırıb. Təcrübəli mütəxəssis "Blekbern"lə də çempion olub. 2000-ci ildə o, "Seltik"i tərk etdikdən sonra 11 il məşqçi kimi çalışmayıb. Daha sonra Dalqliş bir il "Liverpul"a rəhbərlik edib və daha məşqçiliyə qayıtmayıb. Təcrübəli mütəxəssis 2018-ci ildə Cəngavər titulu alıb.

Son xəbərlər

Orphus sistemi