“Liverpul”un kapitanı Vircil van Deyk “Nyukasl”la matçda birbaşa qırmızı vərəqə aldıqdan sonra hakimi təhqir etməkdə ittiham olunur.
“Report” xəbər verir ki, bu barədə İngiltərə Futbol Assosiasiyası
“Vircil van Deykə 27 avqust, bazar günü “Liverpul”un Premyer Liqada “Nyukasl Yunayted” ilə oyunundan sonra FA qaydalarının 3.1 maddəsini pozmaqla bağlı ittiham irəli sürülüb. İddia olunur ki, müdafiəçi 29-cu dəqiqədə qırmızı vərəqə alaraq meydandan qovulduqdan sonra matçın hakiminin ünvanına nalayiq hərəkətlər edib və/yaxud alçaldıcı və/yaxud təhqiredici ifadələr işlədib. Vircil van Deyk bu ittihama cavab vermək üçün 1 sentyabr, cümə gününə qədər vaxt verilib”, - açıqlamada yazılıb.
Kluba yaxınlığı ilə bilinən jurnalist Ceyms Pirsin