"Liverpul"un iki futbolçusuna "meymun" dedilər

"Liverpul"un iki futbolçusuna "meymun" dedilər Sosial şəbəkə məsələni araşdırmağa başlayıb
Futbol
7 Aprel , 2021 15:34
Liverpulun iki futbolçusuna meymun dedilər

İngiltərənin "Liverpul" klubunun futbolçuları Trent Aleksander-Arnold və Nabi Keyta İspaniyada "Real Madrid"ə uduzduqları Çempionlar Liqasının 1/4 finalının ilk matçından sonra irqçiliyə məruz qalıb.

"Report"un "Sky Sports"a istinadən verdiyi məlumatına görə, hər iki oyunçuya instaqramda meymun emojisi ilə birlikdə çoxsaylı şərhlər yazılıb. Sosial şəbəkə məsələni araşdırmağa başlayıb.

Qeyd edək ki, qarşılaşma "Real Madrid"in 3:1 hesablı qələbəsi ilə bitib. Aleksander-Arnold Mersisayd təmsilçisinin buraxdığı ikinci qolda səhvə yol verib. Keyta isə birinci hissədən sonra əvəzlənib. Komandalar arasındakı cavab oyunu aprelin 14-də olacaq.

Son xəbərlər

Orphus sistemi