"Liverpul"un futbolçusunun dopinq-testi müsbət nəticə verib

"Liverpul"un futbolçusunun dopinq-testi müsbət nəticə verib Mamadu Sako tərkibində qadağan olunmuş maddə olan piyin əridilməsi üçün preparat qəbul edib
Futbol
23 Aprel , 2016 16:18
Liverpulun futbolçusunun dopinq-testi müsbət nəticə verib

Bakı. 23 aprel. REPORT.AZ/ İngiltərə Premyer Liqasında çıxış edən "Liverpul"un fransız müdafiəçisi Mamadu Sakodan götürülən dopinq-test müsbət nəticə verib.

"Report" "RMC Sport" radiostansiyasına istinadən xəbər verir ki, futbolçu tərkibində qadağan olunmuş maddə olan piyin əridilməsi üçün preparat qəbul edib.

M.Sako piyin əridilməsi üçün preparatın tərkibində qadağan olunmuş maddə olduğunu bilmədiyini qeyd edib.

İndi onu antidopinq agentliyi ilə çək-çevir gözləyir.

Qeyd edək ki, bu xəbərdən sonra "Liverpul" futbolçunu əsas komanda ilə məşqlərdən uzaqlaşdırıb. Eyni zamanda, onun bu gün keçiriləcək "Nyukasl" ilə oyunda da forma geyinməyəcəyi dəqiqdir.

Son xəbərlər

Orphus sistemi