"Liverpul"un futbolçusu əməliyyat olunacaq

"Liverpul"un futbolçusu əməliyyat olunacaq İngiltərə Premyer Liqasının IV turunda "Lids Yunayted"lə səfər oyununda ciddi zədə alan "Liverpul"un futbolçusu Harvi Elliott sentyabrın 14-də əməliyyat olunacaq.
Futbol
168
13 Sentyabr , 2021 11:03
Liverpulun futbolçusu əməliyyat olunacaq

İngiltərə Premyer Liqasının IV turunda "Lids Yunayted"lə səfər oyununda ciddi zədə alan "Liverpul"un futbolçusu Harvi Elliott sentyabrın 14-də əməliyyat olunacaq.

"Report" "The Athletic" nəşrinə istinadən xəbər verir ki, 18 yaşlı yarımmüdafiəçinin ayaq biləyində çıxıq aşkarlanıb.

Qeyd edək ki, qarşılaşma "Liverpul"un 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. 59-cu dəqiqədə "Lids Yunayted"in oyunçusu Paskal Streyk Elliotta qarşı kobudluq edib. Baş hakim VAR sisteminə müraciət etdikdən sonra müdafiəçiyə qırmızı vərəqə göstərib.

Son xəbərlər

Orphus sistemi