"Liverpul"un hücumçusu "Mançester Yunayted"lə matçda oynayacaq

"Liverpul"un hücumçusu "Mançester Yunayted"lə matçda oynayacaq 29 yaşlı hücumçu barədə klubun rəsmi saytına müsahibəsində bildirib.
Futbol
16 Yanvar , 2021 17:04
Liverpulun hücumçusu Mançester Yunaytedlə matçda oynayacaq
Sadio Mane

İngiltərənin "Liverpu" klubunun futbolçusu Sadio Mane Premyer Liqanın XIX turunda "Mançester Yunayted"lə matçda iştirak edə biləcək.

"Report" xəbər verir ki, 29 yaşlı hücumçu barədə klubun rəsmi saytına müsahibəsində bildirib.

Seneqallı forvard ölkə kubokunun 1/32 finalında "Aston Villa"nı 4:1 hesabı ilə məğub etdikləri matçda zədələndiyini xatırladıb: "Həmin görüşdə ciddi xəsarət aldım. Zədəni bərpa etmək bir neçə dəqiqə çəkdi. Sanki ayağım uyuşmuşdu. Qarşılaşmadan sonra buz qoydum, hazırda hər şey normaldır. İndi özümü əla hiss edirəm və növbəti matça hazıram".

Qeyd edək ki, yanvarın 17-də keçiriləcək "Liverpul" - "Mançester Yunayted" Bakı vaxtı ilə 19:30-da başlayacaq.

Son xəbərlər

Orphus sistemi