"Liverpul"un baş məşqçisi çaxnaşmaya səbəbkar olmaqda ittiham edilib

"Liverpul"un baş məşqçisi çaxnaşmaya səbəbkar olmaqda ittiham edilib İngiltərənin "Liverpul" klubunun baş məşqçisi Yurgen Klopp İspaniya "Real Madrid"i ilə UEFA Çempionlar Liqasının final matçında baş vermiş xaos və çaxnaşmada səbəbkarı olmaqda ittiham edilib.
Futbol
31 May , 2022 09:57
Liverpulun baş məşqçisi çaxnaşmaya səbəbkar olmaqda ittiham edilib
Yurgen Klopp

İngiltərənin "Liverpul" klubunun baş məşqçisi Yurgen Klopp İspaniya "Real Madrid"i ilə UEFA Çempionlar Liqasının final matçındakı xaos və çaxnaşmanın səbəbkarı olmaqda ittiham edilib.

"Report"un məlumatına görə, bu barədə Fransanın daxili işlər naziri Jerald Darmanen açıqlama verib.

O bildirib ki, məhz almaniyalı mütəxəssis görüşdən bir neçə gün əvvəl azarkeşlərə çağırış edərək, onları Fransaya hətta biletsiz gəlməyə səsləyib.

Darmanenin sözlərinə görə, belə problemlər İngiltərənin bir neçə klubunun iştirakı ilə daim baş verir: "Çoxsaylı britaniyalı biletsiz fanatlar əvvəllər də olub. Xüsusən, 2019-cu ildə Madriddə belə hal baş vermiş və bu, oxşar çətinliklər yaratmışdı. Analoji problemlər ötən il "Uembli" stadionunda da olub. Bu problemlərə davranış, qeyri-mütəşəkkillik və böyük saxta bilet bazarı daxildir. Fan-zonadakı 10 minlərlə fanat qaydalara əməl edirdi. Onların azsaylı, amma fəal hissəsi isə bizim təhlükəsizlik sistemimizlə münaqişəyə girmişdi".

Qeyd edək ki, "Real Madrid" rəqibini 1:0 hesabı ilə məğlub edərək tarixdə 14-cü dəfə Çempionlar Liqasının qalibi olub.

Son xəbərlər

Orphus sistemi