“Liverpul”un 12 oyunluq qələbə seriyası sona çatdı

“Liverpul”un 12 oyunluq qələbə seriyası sona çatdı İngiltərə Futbol çempionatının 17-ci turunda “Sautgempton” öz doğma meydanında “Liverpul”a qalib gəlib.
Futbol
5 Yanvar , 2021 03:28
“Liverpul”un 12 oyunluq qələbə seriyası sona çatdı

İngiltərə Futbol çempionatının 17-ci turunda “Sautgempton” öz doğma meydanında “Liverpul”a qalib gəlib.

“Report” “TASS”a istinadən xəbər verir ki, görüş 1:0 hesabı ilə başa çatıb.

Oyunda yeganə qolu 2-ci dəqiqədə Denni İnqs vurub.

Bununla da “Liverpul”un 12 oyunluq qələbə seriyası da sona çatıb.

Yurgen Kloppun komandası 17 oyundan sonra 33 xalla turnir cədvəlində 1-ci yerdədir, ikinci yeri tutan “Mançester Yunayted” isə 16 oyunda eyni sayda xal toplayıb. “Sautgempton” dörd oyun seriyasını qələbəsiz başa vurub və 29 xalla altıncı yerdədir.

“Liverpul” 17 yanvarda “Mançester Yunayted”i qəbul edəcək, “Sautgempton” bir gün əvvəl səfərdə “Lester” ilə qarşılaşacaq.

Son xəbərlər

Orphus sistemi