"Liverpul" tarixi ərzində çempionatda ən yaxşı başlanğıcını gerçəkləşdirib

"Liverpul" tarixi ərzində çempionatda ən yaxşı başlanğıcını gerçəkləşdirib Bakı. 6 dekabr.REPORT.AZ/ İngiltərə Premyer Liqasının XV turunda səfərdə Börnlini 3:1 hesabı ilə məğlub edən Liverpul klubu yeni rekord müəyyənləşdirib.
Futbol
6 Dekabr , 2018 12:39
Liverpul tarixi ərzində çempionatda ən yaxşı başlanğıcını gerçəkləşdirib

Bakı. 6 dekabr.REPORT.AZ/ İngiltərə Premyer Liqasının XV turunda səfərdə "Börnli"ni 3:1 hesabı ilə məğlub edən "Liverpul" klubu yeni rekord müəyyənləşdirib. 

"Report" klubun rəsmi "Twitter" səhifəsinə istinadən xəbər verir ki, bu qələbədən sonra komanda 126 illik tarixi ərzində çempionatda ən yaxşı başlanğıcını edib. 

Yurgen Kloppun baş məşqçilik etdiyi kollektiv 15 matçın 12-də qələbə qazanıb və üç qarşılaşmada heç-heçə edib. 

Qeyd edək ki, "Liverpul" 1892-ci ildə yaranıb. Komanda hazırda 39 xalla turnir cədvəlində 2-ci sıradadır. "Mançester Siti" isə 41 xalla 1-ci yerdədir. "Mersisaydlılar" XVI turda "Bornmut"un qonağı olacaq. Dekabrın 8-də keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 16:30-da start götürəcək. 

Son xəbərlər

Orphus sistemi