"Liverpul" səfərdə "Mançester Yunayted"i darmadağın edib

"Liverpul" səfərdə "Mançester Yunayted"i darmadağın edib İngiltərə Premyer Liqasında IX turun mərkəzi görüşü "Mançester Yunayted" və "Liverpul" komandaları arasında keçirilib
Futbol
24 Oktyabr , 2021 21:25
Liverpul səfərdə Mançester Yunaytedi darmadağın edib

İngiltərə Premyer Liqasında IX turun mərkəzi görüşü "Mançester Yunayted" və "Liverpul" komandaları arasında keçirilib.

"Report"un məlumatına görə, "Old Trafford" stadionunda təşkil olunmuş qarşılaşma qonaqların böyük hesablı qələbəsi ilə yekunlaşıb - 5:0. İlk qolu 5-ci dəqiqədə Nabi Keyta vurub. 13-cü dəqiqədə Dioqu Jota fərqi artırıb. Növbəti 3 qolu isə Məhəmməd Salah 38-ci, 45+5-ci və 50-ci dəqiqələrdə vurub.

61-ci dəqiqədə isə meydan sahiblərindən Pol Poqba Nabi Keytaya qarşı kobudluq etdiyi üçün birbaşa qırmızı vərəqə alıb. Onun komanda yoldaşı Kriştianu Ronaldu isə 45-ci dəqiqədə sarı vərəqə alıb. 52-ci dəqiqədə isə portuqaliyalı hücumçunun qolu ofsaydda olması səbəbindən qeydə alınmayıb.

Bu qələbədən sonra xalını 21-ə çatdıran "Liverpul" 2-ci pilləyə yüksəlib. "Mançester Yunayted" isə 14 xalla 7-cidir.

Son xəbərlər

Orphus sistemi