"Liverpul" Portuqaliya millisinin üzvü ilə müqaviləni uzadıb

"Liverpul" Portuqaliya millisinin üzvü ilə müqaviləni uzadıb İngiltərə "Liverpul"u futbolçusu Diequ Jotanın müqaviləsinin müddətini uzadıb
Futbol
2 Avqust , 2022 17:35
Liverpul Portuqaliya millisinin üzvü ilə müqaviləni uzadıb

İngiltərə "Liverpul"u futbolçusu Diequ Jotanın müqavilə müddətini uzadıb.

"Report" klubun rəsmi saytına istinadən xəbər verir ki, portuqaliyalı hücumçu ilə 5 illik yeni sözləşmə imzalanıb.

Qeyd edək ki, 26 yaşlı forvard Mersisayd təmsilçisinə 2020-ci ilin sentyabrında 45 milyon avro qarşılığında "Vulverhempton"dan keçib. İndiyədək "Liverpul"da 85 oyun keçirmiş Portuqaliya millisinin üzvü 34 qol və 9 məhsuldar ötürmə ilə yadda qalıb.

Son xəbərlər

Orphus sistemi