"Liverpul" Portuqaliya millisinin futbolçusunu transfer edib

"Liverpul" Portuqaliya millisinin futbolçusunu transfer edib İngiltərə "Liverpul"u heyətini yeni futbolçu ilə gücləndirib.
Futbol
3 İyul , 2022 14:26
Liverpul Portuqaliya millisinin futbolçusunu transfer edib

İngiltərə "Liverpul"u heyətini yeni futbolçu ilə gücləndirib.

"Report" klubun rəsmi saytına istinadən xəbər verir ki, Mersisayd təmsilçisi "Fulhem"dən 20 yarımmüdafiəçi Fabiu Karvalyunu transfer edib. Portuqaliyalı oyunçu ilə 2027-ci ilin yayınadək müqavilə imzalanıb.

Ölkəsinin U-21 yığmasının da üzvü olan gənc futbolçu üçün 5,9 milyon təzminat ödənilib.

Qeyd edək ki, Fabiu Karvalyu ötən mövsüm "Fulhem"də 38 oyuna 11 qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb.

Son xəbərlər

Orphus sistemi