"Liverpul" mümkün çempionluqdan asılı olmayaraq parad keçirəcək

"Liverpul" mümkün çempionluqdan asılı olmayaraq parad keçirəcək "Liverpul" İngiltərə Premyer Liqası və UEFA Çempionlar Liqasını qazanıb-qazanmamasından asılı olmayaraq, çempionluq paradı keçirəcək.
Futbol
19 May , 2022 15:22
Liverpul mümkün çempionluqdan asılı olmayaraq parad keçirəcək

"Liverpul" İngiltərə Premyer Liqası və UEFA Çempionlar Liqasını qazanıb-qazanmamasından asılı olmayaraq, çempionluq paradı keçirəcək.

"Report" klubun rəsmi saytına istinadən xəbər verir ki, tədbir mayın 29-na - İspaniya "Real Madrid"i ilə ÇL-in final oyunundan bir gün sonraya təyin olunub.

Mersisayd təmsilçisi sözügedən turnirlərdə qalib olmasa belə, İngiltərə Kuboku və Liqa Kubokunu qazanmasını qeyd edəcək. Paradda futbolçuların olduğu avtobus təqdim olunacaq.

Qeyd edək ki, "Liverpul" Premyer Liqada 37 turdan sonra 89 xalla 2-ci pilədə qərarlaşıb. Son tur öncəsi "qırmızılar"ı lider "Mançester Siti"dən cəmi 1 xal ayırır.

Son xəbərlər

Orphus sistemi