"Liverpul" klubu Stiven Cerrardla yeni müqavilə bağlayacaq

"Liverpul" klubu Stiven Cerrardla yeni müqavilə bağlayacaq Kapitan təklifi qəbul edib
Futbol
1 Noyabr , 2014 14:11
Liverpul klubu Stiven Cerrardla yeni müqavilə bağlayacaq

Bakı. 1 noyabr. REPORT.AZ/ İngiltərənin "Liverpul" futbol klubu Stiven Cerrardla yeni müqavilə imzalayacaq. "Report"un İngiltərənin "Daily Telegraph" qəzetinə istinadən verdiyi məlumata görə, "mersisaydlılar" 34 yaşlı yarımmüdafiəçiyə yeni anlaşma təklif ediblər. 

Futbolçu təklifi müsbət qarşılayıb. Müqavilənin müddəti ilə bağlı hələlik heç bir rəsmi açıqlama verilmir.

Qeyd edək ki, "Liverpul" klubunun yetirməsi olan Stiven Cerrard 1998-ci ildən bu komandanın formasını geyinir. Cerrard "qırmızılar"ın heyətində indiyə qədər keçirdiyi 482 oyunda 113 qol vurub.

Son xəbərlər

Orphus sistemi