"Liverpul" klubu "Real Madrid"in Məhəmməd Salah üçün 200 milyon funt təklifini rədd edib

"Liverpul" klubu "Real Madrid"in Məhəmməd Salah üçün 200 milyon funt təklifini rədd edib Bakı. 25 aprel. REPORT.AZ/ İngiltərənin Liverpul klubu futbolçu Məhəmməd Salahı istəyən İspaniya Real Madridinin 200 milyon funt (228,8 milyon avro) məbləğində təklifini rədd edib.
Futbol
26 Aprel , 2018 11:01
Liverpul klubu Real Madridin Məhəmməd Salah üçün 200 milyon funt təklifini rədd edib

Bakı. 25 aprel. REPORT.AZ/ İngiltərənin "Liverpul" klubu futbolçu Məhəmməd Salahı istəyən İspaniya "Real Madrid"inin 200 milyon funt (228,8 milyon avro) məbləğində təklifini rədd edib. 

"Report"un "Daily Mail"ə istinadən verdiyi məlumata görə, "qırmızılar"ın rəhbərliyi misirli hücumçu yay transfer dövründə satmaq niyyətində olmadığını bildirib. "Kral klubu" isə Salahın müqaviləsindəki dəbbə pulu bəndinin olmaması üzündən çətinliklərlə qarşılaşıb. Digər tərəfdən, "Liverpul"un baş məşqçisi Yurgen Klopp Roberto Firmino ilə yanaşı, 26 yaşlı forvardı da komandada saxlamağı planlaşdırır. 

Qeyd edək ki, "Liverpul" Çempionlar Liqasının ilk yarımfinal oyununda Salah və Firminonun "dubl"ları sayəsində İtaliya "Roma"sını darmadağın edib - 5:2. 

Son xəbərlər

Orphus sistemi