"Liverpul" klubu antirekorda imza atıb

"Liverpul" klubu antirekorda imza atıb Bakı. 7 noyabr. REPORT.AZ/ İngiltərənin “Liverpul” klubu antirekorda imza atıb.
Futbol
7 Noyabr , 2018 11:01
Liverpul klubu antirekorda imza atıb

Bakı. 7 noyabr. REPORT.AZ/ İngiltərənin “Liverpul” klubu antirekorda imza atıb.

“Report” “Championat” nəşrinə istinadən xəbər verir ki, “Mersisaydlılar” tarixlərində ilk dəfə olaraq UEFA Çempionlar Liqasında 3 ardıcıl səfər görüşündən məğlubiyyətlə ayrılıb.

Çempionlar Liqasının IV turunda Serbiyanın "Srvena Zvezda” komandasına 2:0 hesabı ilə məğlub olan “Liverpul” üçün bu nəticə səfərdə əldə edilən ardıcıl 3-cü məğlubiyyət olub. Bu uğursuz seriya klub tarixinin ən pis göstəricisidir.

Qeyd edək ki, İngiltərə təmsilçisi bundan əvvəl Çempionlar Liqasının II turunda “Napoli”yə 1:0, keçən mövsüm yarımfinalda “Roma” komandasına isə 4:2 hesabı ilə məğlub olub.

Manaf QASIMBƏYLİ

Son xəbərlər

Orphus sistemi