"Liverpul" İngiltərə Kubokunda mübarizəni dayandırıb

"Liverpul" İngiltərə Kubokunda mübarizəni dayandırıb Bakı. 8 yanvar. REPORT.AZ/ Futbol üzrə İngiltərə Kubokunun 1/32 final matçında Liverpul 1:2 hesabı ilə Vulverhemptona məğlub olub və turnirdə mübarizəni dayandırıb.
Futbol
8 Yanvar , 2019 01:37
Liverpul İngiltərə Kubokunda mübarizəni dayandırıb

Bakı. 8 yanvar. REPORT.AZ/ Futbol üzrə İngiltərə Kubokunun 1/32 final matçında "Liverpul" 1:2 hesabı ilə "Vulverhempton"a məğlub olub və turnirdə mübarizəni dayandırıb.

“Report” xəbər verir ki, görüş Vulverhemptonun "Moline" stadionunda baş tutub.

Oyunda hesabı 38-ci dəqiqədə Raul Ximenes açıb. 51-ci dəqiqədə "Liverpul" Divok Oriqinin qolu sayəsində hesabı bərabərləşdirib. 55-ci dəqiqədə ev sahibləri Ruben Neveşin qolu sayəsində yenidən hesabda irəli çıxıblar.

Turnirin 1/16 final qarşılaşmaları fevralın 16-da keçiriləcək.

"Liverpul" İngiltərə çempionatında 54 xalla birinci yerdə gedir. "Vulverhempton" isə 29 xal ilə 9-cudur.

İngiltərə Kuboku. 1/32 final

"Vulverhempton" – "Liverpul" - 2:1

Qollar: 1:0 – Ximenes – 38, 1:1 – Oriqi – 51, 2:1 – Neveş – 55

Son xəbərlər

Orphus sistemi