“Liverpul” İngiltərə futbolu tarixində ən sərfəli texniki sponsorluq müqaviləsi bağlamağa hazırlaşır

“Liverpul” İngiltərə futbolu tarixində ən sərfəli texniki sponsorluq müqaviləsi bağlamağa hazırlaşır “Liverpul” klubu İngiltərə futbolu tarixində ən sərfəli texniki sponsorluq müqaviləsi bağlamağa hazırlaşır.
Futbol
23 Avqust , 2019 11:14
“Liverpul” İngiltərə futbolu tarixində ən sərfəli texniki sponsorluq müqaviləsi bağlamağa hazırlaşır

“Liverpul” klubu İngiltərə futbolu tarixində ən sərfəli texniki sponsorluq müqaviləsi bağlamağa hazırlaşır.

“Report” “Forbes”ə istinadən xəbər verir ki, artıq 5 ildir “New Balance” idman geyimləri şirkəti ilə əməkdaşlıq edən və buna görə illik 50 milyon avro qazanan klub “Nike” ilə anlaşıb.

Mersisaydlıların 2020/2021 mövsümündən etibarən “Nike” şirkətinin məhsullarından istifadə edəcəyi və rekord məbləğ alacağı bildirilir.

Qeyd edək ki, hazırda İngiltərədə texniki sponsordan ən çox gəlir əldə edən klub “Mançester Yunayted”dir. “Qırmızı şeytanlar” “Adidas”la əməkdaşlığa görə illik 82 milyon avro qazanırlar. Dünyada isə ən çox gəliri İspaniya təmsilçisi “Barselona” götürür. “Nike” kataloniyalılara illik 109 milyon avro verir.

Son xəbərlər

Orphus sistemi