Bakı. 25 mart. REPORT.AZ/ İngiltərənin "Liverpul" klubu əfsanə futbolçulardan ibarət komandaların matçında “Real” üzərində 4:3 hesabı ilə qələbə qazanıb.
“Report” xəbər verir ki, görüş Liverpulun "Enfild" stadionunda keçirilib.
Qalib komandanın heyətində qolları Maykl Ouen, Con Oldric, Robbi Fauler və Stiven Cerrard fərqlənib. Qonaqların qollarını Edvin Konqo, Fernando Moryentes və Ruben de la Red vurublar.
Görüş “Liverpul”un martın 22-də 84 yaşında dünyasını dəyişən sabiq kapitanı Ronni Moranunun xatirəsinə həsr olunub. Əldə olunan vəsait “Liverpul”un xeyriyyə fonduna köçürülüb.