"Liverpul" daha bir futbolçusunu itirdi

"Liverpul" daha bir futbolçusunu itirdi İngiltərənin "Liverpul" klubunun daha bir futbolçusu zədələnib
Futbol
12 Fevral , 2021 17:32
Liverpul daha bir futbolçusunu itirdi
Fabinyo

İngiltərənin "Liverpul" klubunun daha bir futbolçusu zədələnib.

"Report" yerli mətbuata istinadən xəbər verir ki, bu dəfə yarımmüdafiəçi Fabinyo sıradan çıxıb.

28 yaşlı braziliyalı oyunçu fevralın 13-də Premyer Liqanın XXIV turunda "Lester"lə matçı buraxacaq. Onun yaşıl meydanlara nə vaxt qayıdacağı bəlli deyil.

Qeyd edək ki, "Liverpul"in heyətində daha əvvəl Vircil van Deyk, Joel Matip, Co Qomes, Nabi Keyta və Diequ Jotanın zədəli olduğu bəllidir.

Son xəbərlər

Orphus sistemi