Klublar "Liverpul"u çempion kimi tanımağa hazırdır

Klublar "Liverpul"u çempion kimi tanımağa hazırdır İngiltərə Premyer Liqasında mövsüm başa çatmasa, Liverpul çempion kimi tanına bilər.
Futbol
14 Mart , 2020 09:06
Klublar Liverpulu çempion kimi tanımağa hazırdır

İngiltərə Premyer Liqasında mövsüm başa çatmasa, "Liverpul" çempion kimi tanına bilər.

"Report"un "The Telegraph"a istinadən məlumatına görə, demək olar ki, bütün klublar mövsümün davam etməməsi halında "Liverpul"a ölkə çempionu titulunun verilməsinə razıdırlar. 

Qeyd edək ki, İngiltərə Premyer Liqasının oyunları koronavirusa görə aprelin 4-dək təxirə salınıb. Klubların fasilədən sonra mövsümü davam etdirməkdən imtina edə biləcəyi də vurğulanıb. Mersisayd təmsilçisi 29 turdan sonra 82 xalla turnir cədvəlində liderdir. Komanda ən yaxın izləyicisi "Mançester Siti"ni 25 xal qabaqlayır.

Son xəbərlər

Orphus sistemi