"Liverpul" Britaniyanın ən məşhur klubu elan edilib

"Liverpul" Britaniyanın ən məşhur klubu elan edilib Hazırda Böyük Britaniyanın ən məşhur futbol klubu Liverpuldur.
Futbol
130
5 İyun , 2020 03:18
Liverpul Britaniyanın ən məşhur klubu elan edilib

Hazırda Böyük Britaniyanın ən məşhur futbol klubu "Liverpul"dur.

"Report" xəbər verir ki, bu barədə “YouGov-FootballIndex” bildirib.

Futbolla maraqlanan britaniyalıların 8,3%-i Çempionlar Liqasının hazırkı qalibini dəstəkləyirlər. Reytinqdə ikinci yerdə "Mançester Yunayted" qərarlaşıb. Britaniyanın futbol azarkeşlərinin 6%-i bu komandanı seçib.

Təxminən 3,1% azarkeş London "Çelsi"sini dəstəkləyir. İngiltərə Premyer Liqasının hazırkı çempionu "Mançester Siti" "Arsenal"la (2%) 4-5-ci yerləri bölüşürlər.

Böyük Britaniyanın 10 ən məşhur komandasının siyahısında həmçinin "Tottenhem Hotspur", "Vulverhempton Uonderers", "Nyukasl Yunayted", Liverpul "Everton"u və Birminhem "Aston Villa"sı yer alıblar.

Son xəbərlər

Orphus sistemi